Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür
Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür. SİA-nın verdiyi xəbərə görə, bu günün özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün "unisaial şriftləri", yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib.

Azərbaycanda 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir ki, qurum görmə qüsuru olan insanların problemlərinin həllinə çalışır.

Qeyd edək ki, Azərbaycanda 30 mindən çox görmə qüsuru olan şəxs var.

Bütün xəbərlər Facebook səhifəmizdə