Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan G-20 Liderlərinin Zirvə Toplantısı çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb. Ərdoğan görüşdə raketdən müdafiə sisteminin gündəmə gəldiyini, ancaq Türkiyənin verdiyi son bir qərarın olmadığını söyləyib.
SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, liderlərlə görüşlər çərçivəsində baş nazir Ərdoğanla Rusiya dövlət başçısı Dimitri Medvedev arasında da 30 dəqiqəlik bir görüş baş tutub. Görüşün sonunda İtaliya baş naziri Silvio Berluskoni də iki liderin söhbətinə qatılıb.
Baş nazir Ərdoğan "İnter Continental" otelində G-20 zirvəsi və keçirdiyi görüşlərlə bağlı jurnalistlərin suallarınə cavablandırıb. Baş nazir "ABŞ prezidenti Obama ilə görüşünz oldu, raketdən müdafiə sistemi məsələsi gündəmə gəldimi?" sualını cavablandırarkən bunları deyib: "Görüşmüz əsnasında ballistik raketlərdən müdafiə qurğusu ilə bağlı mövzu ayrıca gündəmə gəldi və həssaslığımızı onların diqqətinə çatdırdıq. Gördüyüm qədəriylə onların hər hansı bir fərqli düşüncələri yoxdur. Təbii ki, hər şeydən əvvəl bir NATO ölkəsi olmamız məsələnin bu qurum çərçivəsində həll olunmasını gərəkdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB