Ulu Öndərin 95 illik yubileyi xarici ölkələrdə qeyd olunacaq

Ulu Öndərin 95 illik yubileyi xarici ölkələrdə qeyd olunacaq

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Ankara, Astana və Almatı şəhərlərində bir sıra tədbirlər keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Milli Məclisin deputatları Adil Əliyev və Nizami Cəfərov tədbirlərdə iştirak etmək üçün mayın 14-dən 15-dək Türkiyədə olacaq, mayın 16-da isə Qazaxıstana səfər edəcəklər.

Yubiley mərasimlərində Heydər Əliyevin şərəfli həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi barədə xatirələr səsləndiriləcək, Ulu öndərə həsr olunmuş kitablar, sənədlər, fotomateriallar nümayiş etdiriləcək.
Səfər mayın 18-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə