Mərkəzi Seçki Komissiyasına seçkilərlə bağlı 83 müraciət daxil olub

Mərkəzi Seçki Komissiyasına seçkilərlə bağlı 83 müraciət daxil olub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

MSK ümumilikdə 32 müraciətlə bağlı qərar qəbul edib. Onlardan 9-na xitam verilib, 10-u əsassız hesab edilərək təmin edilməyib, 2-i isə müvafiq dairə seçki komissiyasına göndərilib. Daha 11 müraciətin baxılma müddəti isə uzadılıb. MSK-ya daxil olmuş digər müraciətlərə isə Komissiyanın növbəti iclaslarında baxılacaq.

 

MSK sədri Məzahir Pənahov Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı rəhbərlik etdiyi quruma indiyə qədər 83 müraciətin daxil olduğunu bildirib. O, qeyd edib ki, ekspert qrupunun üzvlərindən əlavə olaraq hər bir MSK üzvü müraciətlərin araşdırılmasında iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə