“Paşinyan Qarabağ klanı devirərək küçədən gələn baş nazirdir. Onun ilk səfərinin Qarabağa etməsi və orada bəyanatlar səsləndirməsi təbii haldır. Meydan hərəkatında xalqın könlünü almağa və dalınca aparmağa zəif və həssas nöqtələr var. Ermənistanda və Qarabağda belə həssas nöqtə işğal olunmuş torpaqlara göstərəcək münasibətdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, əgər Paşinyan Qarabağa səfərə gedib ayrı cür danışsa ona qarşı münasibət dəyişə bilər və çevrilişlə əldə etdiyi hakimiyyət tez bir zamanda əlindən çıxa bilər: “Ona görə də Paşinyan özündən əvvəlki Serjikin xəttini davam etdirir və ayaqlarını bərk yerə çırpmaqla özünə olan dayaqlarını möhkəmləndirmək istəyir. Məhz ona görə də hərb və müharibə ritorikası ilə danışır. Qaldı ki, Ermənistanın Azərbaycanla müharibə aparmaqda gücsüz və müqayisə olunmaz olduğunu Paşinyan da bilir. Əgər Paşinyanın gözü xarici diasporlardan aldığı 180 milyon dollarla ölkədə iqtisadi layihələrin aparılmasındadırsa onda hansı müharibənin apara biləcəyindən söhbət gedə bilər.
Paşinyanın Qarabağda sərhəddə saxlamağa heç hərbi qüvvəsi də çatışmır. Əgər Paşinyan Qarabağda təxribatları artırarsa, o bizim istəyimizə uyğun olar. Çünki, artıq bizim də səbrimiz tökənib. Hərbimiz torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. Aprel hadisələrində olduğu kimi bir məqam təkrar olunarsa Azərbaycan ordusu qısa bir zamanda tam şəkildə işğala son qoyduracaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB