Putin Paşinyanla DQ münaqişəsini müzakirə edəcəkmi?

Putin Paşinyanla DQ münaqişəsini müzakirə edəcəkmi?

Rusiyanın prezidenti Vladimir Putin mayın 14-də Soçidə keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. SİA-nın xəbərinə görə, bu barədə prezidentin köməkçisi Yuriy Uşakov jurnalistlərə açıqlamasında deyib.

"Soçidə keçiriləcək danışıqlarda gündəmdə olan, həmçinin regional təhlükəsizliklə bağlı aktual məsələlər müzakirə olunacaq", - deyə o bildirib. .

Prezidentin köməkçisinin sözlərinə görə, liderlər arasında ilk görüş Ermənistanda siyasi sistem dəyişdikdən sonra baş tutacaq: "Rusiya və Ermənistanın beynəlxalq və regional məsələlərlə əlaqədar mövqeləri üst-üstə düşür. Ölkələr arasında xarici siyasət sahəsinsdə sıx əlaqələr BMT, Avrasiya İqtisadi Birliyi, MDB, KTMT, ATƏT və digər təşkilatlar çərçivəsində artmaqdadır"

Kremlin nümayəndəsi xatırladıb ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun digər iki həmsədri (ABŞ və Fransa) ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində aktual vasitəçi rolunu oynayır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə