Dəniz Baykalın porno görüntüləri “YouTube”dən yığışdırıldı

Dəniz Baykalın porno görüntüləri “YouTube”dən yığışdırıldı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Dəniz Baykala ait porno görüntülər "YouTube" saytından yığışdırılıb. SİA-nın məlumatına görə, Dəniz Baykalın partiya rəhbərliyindən getməsinə səbəb olan bu video görüntülərin "YouTube" saytında izlənildiyi üçün CHP tərəfindən pis qarşılanmışdı.

CHP görüntülərin yığışdırılması ilə bağlı Ankara Baş Prokurorluğunun müraciət edərək saytın bağlanmasını tələb etmişdi. "YouTube" saytı isə məhkəmənin qərarını gözləmədən CHP-nin sabiq sədri Dəniz Baykalın görüntüləri saytdan silib.

Qeyd edək ki, həmin görüntüləri "YouTube" saytına qoyan şəxs hələdə tapılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə