Deputatlar növbəti iclasda 10 məsələni müzakirə edəcəklər

Deputatlar növbəti iclasda 10 məsələni müzakirə edəcəklər

Milli Məclisin mayın 18-də keçriləcək iclasının gündəliyi məlum olub. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

2. “Hesablama Palatasının hesabatı haqqında” qanuna dəyişiklik;

3. Əmək Məcəlləsinə dəyişiklik;

4. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi 3-cü oxunuşda;

5. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

6. “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

7. “Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

8. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna dəyişiklik;

9. “Hesablama Palatası haqqında” qanun layihəsi 2-ci oxunuşda;

10. “Təhsil haqqında” qanuna dəyişiklik.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə