Komissiya üzvü: “Ümid edirəm ki, bu ay Əfv sərəncamı olacaq” MÜNASİBƏT
"İclaslarımız davam edir. Yaxın vaxtlarda başa çatacaq. Ümid edirəm ki, cənab Prezident tərəfindən əfv sərəncamı imzalanacaq. Bu, Prezidentimizin konstitusion səlahiyyətidir”. Bunu SİA-ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, əfvə düşənlər və bunların dairəsi cənab Prezident tərəfindən müəyyən edilir: “Müraciətlərə hərtərəfli baxılır, geniş araşdırmalar gedir. Ümid edirəm ki, bu ay əfv sərəncamı olacaq. ”Əfv sərəncamı haqqında” əsasnaməyə görə müraciətlərə baxılma müddəti var. Daxil olan müraciətə üç ay müddətində baxılmalıdır.
Çünki bu müddət ərzində məlumat verilir və müvafiq arayışlar toplanır, rəylər alınır. Bu günlərdə müraciətlər edilirsə, onların gündəliyə çıxarılması mümkün deyil. Hazırda söhbətlər üç ay öncəyə qədər olunan müraciətlərdən gedir. Əfv sərəncamından sonra amnistiya aktının qəbul olunma ehtimallarını yüksək görmürəm. Cinayət Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər, həmin dəyişikliklər nəticəsində ayrı-ayrı işlərin məhkəmələrə verilib, məhkəmələr tərəfindən baxılması məsələləri hələ tənzimləndiyi üçün amnistiyanın olacağını dəqiq söyləmək çox çətindir. Çünki həyata keçirilən çoxsaylı tədbirlər qısa müddətdə amnistiyanın qəbulu şanslarını azaldır. Lakin unutmaq olmaz ki, bu, Milli Məclisin səlahiyyətində olan məsələdir. Cümhuriyyətin 100 illiyi ilə bağlı ola bilsin ki, qanunverici orqan aktı qəbul etsin, bu istiqamətdə müəyyən addımlar atsın. Buna ən yaxşı cavabı Milli Məclisin deputatları və komitələri verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB