Konstitusiya Günü Qax rayonunda da qeyd olunub

Konstitusiya Günü Qax rayonunda da qeyd olunub

Bu gün Respublikanın hər yerində olduğu kimi şimal-qərb bölgəsində də Konstitusiya Günü qeyd olunub. Bu münasibətlə Qax rayonunda keçirilən tədbirdə 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açılıb.

Bildirilib ki, Azərbaycan Respublikasında konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Konstitusiyada dilindən, dinindən, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları təsbit edilib.

Yeni Konstitusiya dünyanın demokratik ölkələri ilə inteqrasiya məqsədilə həyata keçirilən genişmiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa imkan verir.

Konstitusiya Günü Zaqatala və Balakən rayonlarında da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə