Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən 09 noyabr 2010-cu il tarixində gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində Qoruğun Gərəkli sahəsinin 01 saylı dolayının 07 saylı kvartalında (yüksək dağlıq sahədə) ov etmək məqsədilə əraziyə daxil olmuş 6 nəfər brakonyer saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saxlanılan şəxslər-Balakən rayonu Gərəkli kənd sakinləri Qarayev İsrafil, Xəlilov Şəhmir, Xəlilov Ramazan, Balakən rayonu Mahamalar kənd sakinləri Xalayev Ramazan, Ceerçiyev Nurullah və Balakən rayonu Qullar kənd sakini Əhmədov İlqarın üzərinə baxış keçirilərkən xaricdə istehsal olunmuş, saxlanılması və istifadəsi qadağan olunan 1 ədəd odlu silah, 3 ədəd ov tüfəngi və qeyri-qanuni ovlanmış 1 ədəd Dağıstan turu götürülüb.
Müəyyən olunmuş faktla bağlı akt və protokol tərtib olunmuş, qoruq rejiminin pozulması və təbiətə dəymiş ziyana görə 5625 manat ödəmə hesablanıb.
İş üzrə təhqiqat aparılması məqsədilə sənədlər və götürülən əşyayi-dəlillər Azərbaycan Respublikası Baş Prokurorluğuna təhvil veriləcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini bir daha təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB