Mayın 10-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov tədbirdə çıxış ediblər.
Çıxışlarda 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar edildiyi və bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də köklü dəyişiklərin baş verdiyi nəzərə çatdırılıb. Məruzəçilər ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, respublikamızın enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən xarici siyasət strategiyası haqqında məlumat veriblər.
Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Xarici İşlər Nazirliyinin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB