Smartfon telefonların satışı iki dəfə artıb

Smartfon telefonların satışı iki dəfə artıb

Dünya bararında smartfon telefonların satışı üçüncü rübdə 96 faiz artaraq rekord həddə çatıb. SİA-nın məlumatına görə, hesabat dövründə mobil telefonların ümumi satış həcmi isə 35 faiz artıb və 417 milyonu keçib.

Qeyd edək ki, bu rəqəmlər Gartner analitik şirkətinin növbəti hesabatında göstərilir. Hesabatda dünya üzrə mobil telefon satışının 19,3 faizi məhz smartfonların payına düşür. O cümlədən, cari rübdə Apple və Android-in təqdim etdikləri göstəricilər smartfonların satış həcminin rekord həddə çatması ilə nəticələnib.

Smartfon bazarında Apple-in payı Şimali Amerikada Research In Motion (RIM) şirkətinin müvafiq göstəricisini geridə qoyub. Ötən rübdə də dünyanın üç ən iri mobil telefon istehsalçıları olan Nokia, Samsung və LG şirkətləri bazarda öz mövqelərini saxlayıblar. Hesabatda siyahısının ilk onluğunda yer almış Sony Ericsson və Motorola da bazardakı paylarının azalmasıda qeyd olunub.

Gartner mütəxəssislərinin proqnoza görə, ümumilikdə 2010-cu ilin yekunları üzrə mobil telefonların satış həcmi nə az nədə çox 30 faiz artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə