Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Gücümüz birlikdədir”
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində uşaqlar üçün yeni tamaşanın məşqləri gedir. Bu barədə SİA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov bildirib. Onun sözlərinə görə, tamaşanı Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan hazırlayır.
"Gücümüz birlikdədir" adlanan əsər məşhur "Turp"nağılının motivləri əsasında ərsəyə gətirilib. Tamaşada rejissor bir sıra yeniliklərə əl atıb. Bizimlə söhbətində İ.Soltan bildirib ki, bu tamaşada səhnə ilə tamaşaçı arasında ənənəvi dördüncü divar deyilən sərhəd yoxdur. Bununla da tamaşaçını seyrçidən iştirakçıya çevirməyə cəhd olunub. Sonluq da tamaşıçıların iştirakı ilə bitir.
Tamaşada bütün rolları teatrda fəaliyyət göstərən studiyanın üzvləri ifa edirlər. İ.Soltan bu əsərin, həm də azyaşlı uşaqların tamaşaçı kimi yetişməsində yardımçı olacağına ümid etdiyini bildirib.
Yaxın günlərdə balaca tamaşaçıların ixtiyarına veriləcək əsərin böyük maraqla qarşılanacağını indidən söyləmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB