“Azərbaycan və Avropa İttifaqı arasında yalnız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelər üst-üstə düşmür”. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasının yekununda çıxış edərkən deyib.
O bildirib ki, başqa sahələrdə Aİ ilə Azərbaycan əməkdaşlığına heç bir maneə yoxdur: “İnanırıq ki, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq inkişaf edəcək. İqtisadi sahədə çox dəyərli müqavilələrin imzalanmasının şahidi olacağıq. Bütün bunlar həm Aİ, həm də Azərbaycan vətəndaşları üçün faydalıdır”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB