Millət vəkili: “Xalqın qəlbində Heydər Əliyev öz heykəlini qoyub” AÇIQLAMA
“Ümumiyyətlə Ulu Öndər Heydər Əliyev fenomenal bir şəxsiyyət olub. Heydər Əliyevə Ulu Öndər də ona görə deyilir ki, müstəqil, müasir Azərbaycan həqiqətən Ümummilli Liderin ən böyük əsəridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, Heydər Əliyev Azərbaycanda sabitliyi yaradıb, dövlətçiliyin möhkəmlənməsinin ən böyük səbəbkarı olub: “Ümummilli Lider Heydər Əliyev vətəndaş qırğınının qarşısını alıb, siyasi sabitliyi yaradıb, ölkədə demokratiyanı təmin edib və Azərbaycanı bir çox inkişaflara aparıb. Bu gün Azərbaycanda görünən gözəl nə varsa - ölkəmizin inkişafı, rifahı, Azərbaycanda vətəndaş fəaliyyətinin inkişafı, siyasi durğunluq, sabitlik və s. hər biri Heydər Əliyevin çəkdiyi əziyyətlərin nəticəsidir. Bildiyiniz kimi müəyyən dövrə qədər Azərbaycanın büdcəsi, xarici diplomatiyası hansı səviyyədə idi. Ölkəmiz müharibə şəraitində idi. Bütün bu problemlər Ümummilli Lider hakimiyyətə gəldikdən sonra öz həllini tapdı. Heydər Əliyev ən böyük demokratlardan biri olub. Bu günə qədər postsovet məkanının, ümumiyyətlə dünyanın yetişdirdiyi ən böyük demokratlardan biri olub. Xüsusilə, Ulu Öndərin Azərbaycan gəncliyinə münasibətini qeyd etmək istərdim. Bu münasibət son dərəcə müsbət olub və hər zaman təqdir edilməlidir.
Bu gün biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində də eyni çalarları görürük. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi partiya, onun ideyaları hər zaman yaşayır. Mən hesab edirəm ki, bundan sonra yüz illər boyunca da yaşayacaq. Nə qədər ki, Azərbaycan var, bu, yaşayacaq. Heydər Əliyevin siyasi, ideoloji xəttini xüsusi vurğulamaq lazımdır. Cənab Prezident də son seçkilərdən sonra bəyanat verdi ki, insanlar Heydər Əliyev siyasətinə səs verdilər. İlham Əliyev məhz Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyi üçün ona səs verdilər. Bu ideoloji məqam da xüsusi olaraq qabardılmalıdır. Çünki bu gün nə ətraf dövlətlərdə, nə də ki, ikili, üçlü standartlı ölkələrdə həmin ideoloji xətti görmək olmur. Məncə xalqın qəlbində Heydər Əliyev öz heykəlini qoyub və hər zaman yaşayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB