Vitse-spiker: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"

Vitse-spiker: "ATƏT-in Minsk Qrupu nəyə lazımdır?"

“Dağlıq Qarabağ münaqişəsi fərqli xarakterdədir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, münaqişəli ərazi deyil”. SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ probleminə Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Ukraynadakı münaqişələr kimi yanaşılmalıdır.

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanın işğal olumuş əraziləri ilə bağlı məsələnin Avropa Komissiyası ilə də müzakirə olunduğunu xatırladıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Əgər qtnamələr icra olunmayacaqsa, o zaman niyə qəbul edilir? Ermənistan belə fövqəl dövlətdir ki, beynəlxalq hüquqa məhəl qoyulmur? Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam. Niyə Cənubi Osetiyaya bir cür, Dağlıq Qarabağ münaqişəsinə bir cür münasibət göstərilir. Artıq seperatizm sizin qapınızı da döyür. Əgər bunun qarşısı vaxtında alınmasa sonrdan həlli çox çətin olacaq. 1994-cü ildə bizə ATƏT-in Minsk Qrupunu sıradılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır. Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik”.

Z.Əsgərov Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsinə dair ədalət tələb edib: “Hər kəs ədalətdən danışır, amma konkret işə gələndə nəticə yoxdur. Əgər vaxtilə məsələyə beynəlxalq hüquq normaları çərçivəsində baxılsaydı indiki vəziyyətə gəlib çıxmazdı”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə