"Qazaxıstan prezidenti Nursultan Nazarbayev 10 gün ərzində Ermənistan prezidenti Armen Sarkisyanla iki dəfə Ermənistanın daxilindəki vəziyyəti müzakirə edib". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, aprelin 26-dakı telefon danışıqlarının təşəbbüskarı Ermənistan prezidenti, mayın 5-dəki danışıqların təşəbbüskarı N. Nazarbayevdir: "N.Nazarbayev mayın 5-də Armen Sarkisyana zəng etməzdən öncə Avrasiya İqtisadi Birliyinin mayın 14-də Soçidə nəzərdə tutulmuş sammitinə hazırlıq məsələlərini RF prezidenti V.Putinlə telefonla müzakirə etmişdi. N.Nazarbayev üçün mayın 14-də Avrasiya İqtisadi Birliyinin sammiti görünür müəyyən əhəmiyyətə malikdir və bəlkə də müəyyən dəyişikliklərə məruz qalmalıdır. Rusiyanın Ermənistana münasibəti Avrasiya İqtisadi Birliyini, eləcə də ümumilikdə MDB üzv dövlətlərini qorxudan məsələdir. Ermənistanın işğalçılıq mahiyyəti Avrasiya İqtisadi Birliyinin iclaslarında bir neçə dəfə müzakirə olunub. Nazarbayevlə yanaşı Belarus prezidenti A.Lukaşenko da Dağlıq Qarabağ tənzimlənməsi məsələsini qaldırıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən N.Nazarbayev və A.Lukaşenkonun təşəbbüsü ilə bu qurum Ermənistana təsdiq etdirdi ki, Dağlıq Qarabağı heç vaxt tərkib hissəsi elan etməyəcək. İndi hamı başa düşür ki, Ermənistandakı xaosun səbəbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir. Bu motivasiya AİB ağsaqqallarını vəziyyətə real yanaşmağa vadar edən motivasiyalardan biridir:
I. Ermənistanın AİB-ə üzvlüyü ilə bu qurumun daxili gərginlikləri artdı.
II. Eks –prezident Serj Sarkisyanın bu quruma münasibəti qeyri-ciddi idi. O, RF və Qazaxıstanla sərfəli və etibarlı kommunikasiyalar barədə heç bir ideya ortalığa qoymadı. Bunlar Azərbaycanla münasibətlərini normallaşmasını tələb edirdi.
III. Eks –prezident Serj Sarkisyan AİB üzvlüyünə yalnız piar –resurs kimi yanaşırdı; Ermənistan 180 milyonluq AİB bazarı ilə, İran, Aİ, və s. arasında körpü ola bilər.
IV. Ermənistanın ehtimali Baş naziri N.Paşinyan həm də “Çıxış” blokunun yaradıcısı və rəhbəri olub. Bir qrup Amerikapərəst erməni siyasətçisinin təsis etdiyi “Çıxış” adlı blokunun məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq idi. “Çıxış” sözünün mənası da budur.
Məhz Serj Sərkisyanın dəstəyi ilə “Çıxış” bloku parlamentə düşdü. Bununla Serj Sarkisyan özünün AİB-ə münasibətinin qeyri-ciddi, ikibaşlı olmasını bir daha nümayiş etdirdi. S.Sarkisyanın belə ikibaşlı oyunları görünür, AİB üzv dövlətlərin nəzərindən yayınmayıb.
V. N.Nazarbayevin təşəbbüskarlığı ilə AİB üzvləri öz yaratdıqları qurumun nüfuzunu güclü saxlamaq istəyirlər.
Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü dondurula bilər. Yalnız Ermənistanın daxilindəki proseslər tam konstitusiya istiqaməti ilə gedərək sabitləşdikdən sonra Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvlüyünə qayıda bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB