Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədr müavini Arzu Əzizov Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yoluna və fəaliyyətinə nəzər salıb.
Müstəqil Azərbaycanın banisi olan Ulu Öndər Heydər Əliyevin tarixin çətin vaxtlarında hakimiyyətə gələrək, böyük xidmətlər göstərdiyini və dövlətimizi parçalanmaqdan xilas etdiyini bildirib. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır: "Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynamışdır. Hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş və ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur".
Məruzə ətrafında çıxış edən YAP Xızı rayon təşkilatının sədr müavini Bəhdaş Nəbiyev, rayon təşkilatı qadınlar şurasının sədri Jalə Süleymanova, gənclər birliyinin üzvü İman Ağayev çıxış edərək, müstəqillik illərində əldə edilmiş uğurların Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Müstəqilliyin qorunub-saxlanmasında Ümummilli Liderin xidmətlərinin əvəzsizliyini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB