Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Management Traninq" Proqramı çərçivəsində sahibkarlar üçün "Layihələrin idarə edilməsi" kursu üzrə treninqlərin keçirilməsinə başlanılıb. Nazrliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 25-dən çox sahibkarın iştirak etdiyi treninqdə sahibkarlara tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Dekabrın 11-dək davam edəcək treninqlər hər həftənin cümə axşamı, cümə və şənbə günlərində Bakı Biznes Tədris Mərkəzində keçirilir. Treninqlərdə 200-dən çox sahibkarın iştirakı nəzərdə tutulur. Kursu müvəffəqiyyətlə bitirəniştirakçılara sertifikatlar veriləcək. Bu cür treninqlərin regionlarda da təşkil edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB