Bayram günü istehlakçıların elektrik enerjisi ilə təminatında problem olmayacaq

Bayram günü istehlakçıların elektrik enerjisi ilə təminatında problem olmayacaq
"Qurban bayramı" günlərində tələbatın artmasına baxmayaraq respublikada elektrik enerjisi ilə təminatda problem olmayacaq. SİA-nın "Azərenerji" ASC-nin saytına istinadən verdiyi məlumata görə, ehtiyatda olan elektrik avadanlıqları təmir edilib və batyram gününə hazırlıq kimi tam hazırlıq vəziyyətinə gətirilib. İstehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. Onu da qeyd edək ki, tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün regional elektrik şəbəkəsi müəssisələri noyabr ayının 13-dən gücləndirilmiş iş rejiminə keçəcəklər. O cümlədən, hər hansı bir problem yaşanması təqdirdə istehlakçılar "186-Qaynar xətt"ə müraciət edə bilərlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış qusur dərhal aradan qaldırılması üçün çalışılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə