Musa Qasımlı: “Seçkilərin nəticəsini tamamilə qanunauyğun və məntiqlidir” - MÖVQE

Musa Qasımlı: “Seçkilərin nəticəsini tamamilə qanunauyğun və məntiqlidir” - MÖVQE
"Hesab edirəm ki, builki parlament seçkiləri Azərbaycan xalqının, seçicilərin iradəsini ifadə edib". Bu sözləri tarix elmləri doktoru, builki seçkilərdə qalib gələn Musa Qasimlı SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, hər zaman olduğu kimi builki parlament seçkiləri də demokratik, azad, səffaf şəkildə keçirilib. Onun sözlərinə görə, istər seçki zamanı, istərsə də təbliğat-təşviqat zamanı namizədliyini irəli sürən hər kəs üçün bərabət imkanlar yaradılıb. O seçkilərin nəticəsini tamamilə qanunauyğun və məntiqli hesab etdiyini vurğulayıb.

"Əlbəttə əvvəlcədən o nəticələri proqnozlaşdırmaq olardı. İnsanlar özlərinə layiq bildikləri, öz istədikləri namizədlərə səs verdilər və seçdilər",- deyə o qeyd edib.

Açıqlaması zamanı ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı yaydığı bəyanata da münasibət bildirən M.Qasımlı bildirib ki, elə məsələlər var ki, onları açıq şəkildə danışmaq lazımdır: "Xarici ölkələrin Azərbaycanda marağı var. Onlar öz maraqlarını reallaşdırmaqdan ötrü seçkilərdən bir təzyiq vasitəsi kimi istifadə erdirlər. Mənfi rəylər yazır və qeyri-obyektiv münasibət bildirirlər. Mən hesab edirəm ki, hər hansı bir beynəlxalq təşkilatın, ölkənin rəyindən üstün Azərbaycan xalqının iradəsidir. Azərbaycan xalqının iradəsi başqa xalqların və təşkilatların qarşısında qat-qat güclü və obyektivdir".

Bütün xəbərlər Facebook səhifəmizdə