Türkiyənin Gəncədəki konsulu: "Konsulluğun bina ilə təminatı məsələsi hələ ki, öz həllini tapmayıb”

Türkiyənin Gəncədəki konsulu: "Konsulluğun bina ilə təminatı məsələsi hələ ki, öz həllini tapmayıb”

"Gəncədə fəaliyyət göstərən Türkiyə Konsulluğunun bina ilə təminatı məsələsi hələ ki, öz həllini tapmayıb". Bu barədə SİA-nın bölgə müxbirinə qardaş ölkənin Gəncədəki konsulu Haluk Ağca məlumat verib.

"Bizim hələlik binamız yoxdur. Təbii ki, bu çətin prosedurdur. Bizə 3-4 ay sonra bina versələr belə bu, məsələnin tez bir vaxtda həlli deməkdir. Konsulluq açmaq ilk baxışdan bəsit görünsədə bu sahədə çalışanlar işin ağırlığını hamıdan yaxşı anlayır", - H. Ağca deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə