Eldar Sultanov: “Cari il üçün prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin nə vaxt keçiriləcəyi məlum deyil” - AÇIQLAMA

Eldar Sultanov: “Cari il üçün prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin nə vaxt keçiriləcəyi məlum deyil” - AÇIQLAMA
Prokurorluq orqanlarında vakant yerlərə namizədlərin qəbuluna ehtiyac olarsa, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəsmi internet saytında elan yerləşdiriləcək və mətbuata məlumat veriləcək. Bu barədə SİA-ya açıqlamasında Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, cari il üçün müsabiqənin nə vaxt keçiriləcəyi məlum deyil. Onun sözlərinə görə, müsabiqə keçiriləcəyi təqdirdə bu barədə müvafiq elan ictimaiyyətə çatdırılacaq.

"Müsabiqənin keçirilməsi nəzərdə tutularsa, bu barədə saytda elan yerləşdiriləcək. Ancaq müsabiqənin nə vaxt keçiriləcəyinin dəqiq vaxtını deyə bilməyəcəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə