Məleykə Abbaszadə: “Rezidenturaya qəbul qaydaları 2011-ci ildə elan olunacaq”
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılacaq. TQDK tərəfindən bununla bağlı aparılan hazırlıq işləri çərçivəsində komissiyada Tibb Universitetinin professor-müəllim heyəti, mütəxəssisləri ilə görüş keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə TQDK sədi Məleykə Abbaszadə, komisisyanın şöbə müdiri Tariyel Bədəlov, orta təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TQDK sədri Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də ciddi islahatların aparıldığını, müasir tələblərə cavab verən klinikaların, avadanlıqların mövcud olduğunu bildirib və ixtisaslı kadrların hazırlanmasının vacibliyini xatırladıb. Buna görə də rezidenturaya qəbul sisteminin ciddi əhəmiyyət daşıdığını qeyd edən M.Abbaszadə Səhiyyə Nazirliyinin, eləcə də Tibb Universitetinin rəhbərliyi ilə görüşlər keçirildiyini, rezidenturaya qəbula dair ilkin layihənin hazırlandığını bildirib. Komissiya tərəfindən rezidenturaya qəbulla bağlı beynəlxalq təcrübənin öyrənildiyini nəzərə çatdıran TQDK sədri tədris proqramları əsasında rezidenturaya qəbul proqramlarının hazırlanması üçün işçi qruplarının formalaşdırıldığını vurğulayıb. Qeyd edib ki, rezidenturaya qəbul qaydaları 2011-ci ildə elan olunacaq.
Tədbirin sonunda qəbul proqramları üzərində işlərin aparılması üçün işçi qruplarına müvafiq tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB