Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərin icması ölkəmizi Avropada təmsil edən ən mühüm qurumlardan biridir. Bu səbəbdən də məhz qurumun üzvləri Azərbaycan haqqında suallarla daha çox qarşılaşırlar. ASAİF-dən SİA-ya verilən məlumata görə, 13 Noyabr 2010-cu il tarixində qurum tərəfindən Böyük Britaniyanın Mançester şəhərində təhsil alan bir qrup azərbaycanlı gənc Azərbaycanın "Mədəniyyət Gecəsi"nin təşkili təşəbbüsü ilə çıxış ediblər. Tədbir dünyanın 111 ölkəsindən olan 3500 nəfər əcnəbi tələbəni özündə birləşdirən "The İnternational Society" xeyriyyə təşkilatının qərargahının konfrans zalında baş tutacaqdır.
Mədəniyyət gecəsi Azərbaycanın zəngin irsi dəyərlərinə, onun musiqisinə, rəqslərinə, mətbəxinə, təbiətinə və tarixinə həsr olunur. Tədbir yerli vaxtla saat 19:00-da başlayacaq və 2 saat müddətində davam edəcəkdir. Tədbirin qonaqları Azərbaycan haqqında daha geniş məlumatlar əldə edəcək, millli şirniyyat və yeməklərdən dadacaq, həmçinin milli rəqslərlə tanış olma, onları öyrənmə və müxtəlif hədiyyələr qazanma şansı əldə edəcəklər.
Bir qrup gəncin təşəbbüsü ilə keçiriləcək tədbirə İngiltərənin müxtəlif şəhərlərindən onlarla azərbaycanlı gənc qatılacaqdır. Tədbir Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) və Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilir. Həmçinin bu tədbir Mançesterdə ilk Azərbaycan cəmiyyətinin yaradılması ilə səciyyələnir.
Qeyd edək ki, cəmiyyət artıq qeydiyyatdan keçmiş və bu tədbirdə təqdim olunacaqdır. Azərbaycanlı gənclərin əsas məqsədi ölkəmiz haqqında daha düzgün, dəqiq və ətraflı məlumatı Avropa ictimaiyyətinə çatdırmaq və müxtəlif dünya xalqları ilə inteqarsiya prosesində yaxından iştirak etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB