Səfər Əbiyev NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisini qəbul edib

Səfər Əbiyev NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 11-də NATO-nun Brunssumdakı (Hollandiya) Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisi, general-polkovnik Jouk Lambertus Nermanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə NATO ilə Azərbaycan arasında əlaqələr və Cənubi Qafqazda geosiyasi vəziyyət müzakirə olunub.

 

Nazir S. Əbiyev eyni zamanda İordaniya Haşimiyyə Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abel Mohammad Abedalaziz Əl-Adailehi də qəbul edib. Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri və regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə