"Bu gün gənclərimiz dünyadakı həmyaşıdları ilə uğurla ayaqlaşır" MÜNASİBƏT

"Bu gün gənclərimiz dünyadakı həmyaşıdları ilə uğurla ayaqlaşır" MÜNASİBƏT

“Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də gənclərlə bağlı idi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider çox gözəl bilirdi ki, gənclər cəmiyyətin hərəkətverici qüvvəsidir: “Burada maraqlı məqamlar var. Ulu Öndər ölkəmizdə gənclər siyasətini sistemli şəkildə həyata keçirirdi. Öncə Gənclər Nazirliyi yaradıldı, sonra Gənclər Forumu və daha sonra Gənclər Günü təsis edildi. Bunların məntiqi sonluğu kimi Gənclər Siyasəti üzrə proqram qəbul edildi. Bütün bunlar birmənalı şəkildə gənclərin sağlam inkişafını stimullaşdırmış oldu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz İlham Əliyevin apardığı gənclər siyasətinin nəticəsində ölkəmiz dünyanın gənclər və idman arenasına çevrilib. Bundan başqa Gənclər Fondunun, daha sonra Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması əslində Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan gəncləri dünyadakı həmyaşıdları ilə uğurla ayaqlaşır. Bütün sahələrdə gənclərimizin uğur səsini eşitmək mümkündür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə