“Sarkisyan rejiminin özünə sərf edən variantı var. Belə ki, ölkədə hər hansı gərginlik yarandıqda, iqtidara qarşı həmlə olduqda onlar hər zaman cəbhə bölgəsində təxribatlar yaradır, atəşkəsi pozurlar. Bu baxımdan hazırkı şəraitdə də bunun edilməzi istisna deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Ermənistan tərəfinin mitinq dalğasının qarşısını almaq üçün hərbi təxribatlardan istifadə etməsinin mümkünlüyünü dilə gətirən deputat söyləyib ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa ən yüksək səviyyədə hazırdır. Əgər düşmən tərəfi təxribata əl atsa, o zaman 2016-cı il aprel döyüşlərindən də ağır zərbələr alacaqlar”
E.Məmmədov qeyd edib ki, cinayətkar Sarksiyan rejiminin 1998-ci ildən başlayaraq bir neçə dəfə dinc əhalinin qanını tökdüyünü, güc silah tətbiq etdiyini nəzərə alsaq bunun təkrarlanmasın qaçılmazdır: “Bilirik ki, indi də iqtidardan olan komandalar, güc nazirlikləri bu rejimin nəzarətindədir. Sarkisyana tabe olan bəzi hərbi hissələrin İrəvan ətrafına yerləşdirilməsi ilə bağlı söz-söhbətlər də gedir. Bu baxımdan ortada mitinq iştirakçılarına qarşı hərbi gücdən istifadə edilməsi variantı var. Onlar hakimiyyəti qorumaq üçün hər cür üsuldan istifadə edə bilərlər”.
Ermənistanda müxalifət liderinin baş nazir seçilməsi məsələsinə gəlincə deputat söyləyib ki, bu, Paşinyanı istiqamətləndirən qüvvələrin kimlərdən ibarət olduğuna bağlıdır: “Biz bilirik ki, bu Rusiyanın deyil, Qərbin işidir. Bu baxımdan da orada vəziyyət naməlum şəkildə qalıb. Çünki Ermənistan tarixən Rusiya ilə birlikdədir və Rusiyanın orada böyük nüfuzu, ordu hissəsi var. Rusiya Ermənistanı nəzarətdən buraxmaz. Paşinyanın nə qədər də Rusiyaya etirazı olmadığını bildirsə də, onun Qərb yönümlü olması açıq şəkildə ortadadır. Buna görə də Ermənistanda hələ nələrin baş verəcəyini dəqiq şəkildə söyləmək çətindir. Hələ də Sarkisyanın iqtidarda olan komandası güclüdür. Ümumilikdə götürsək isə Ermənistanın taleyi Rusiya ilə Qərbin nüfuzundan, gücündən asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB