Quba məzarlığının konservasiyası üçün tədbirlər görüləcək

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığında yaradılacaq muzeyin konservasiyasını, qorunmasını təmin etmək üçün müəyyən tədbirlər görüləcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu işləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Quba rayon İcra Hakimiyyəti və hökumət birlikdə görəcək:" Belə düşündüldü ki, bu işləri Arxeologiya və Etnoqrafiya İnstitutu, Quba rayon İcra Hakimiyyəti və hökumət birlikdə davam etdirsin. Abidənin konservasiyasını, onun qorunmasını təmin etmək üçün müəyyən tədbirlər görüləcək. Bu işə yerli hakimiyyət orqanları, eyni zamanda AMEA yardım göstərəcək, hökumət isə lazım olan vəsaiti ayıracaq. Bununla bağlı bütün məsələlər demək olar ki, həll olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə