Mahmud Kərimov: “YUNESCO-nun son rəyi təsdiq olunduqdan sonra onların tövsiyələrini nəzərə alaraq, akademiyanın institutlarının birləşdirilməsi istiqamətində müəyyən addımlar atacağıq”

Mahmud Kərimov: “YUNESCO-nun son rəyi təsdiq olunduqdan sonra onların tövsiyələrini nəzərə alaraq, akademiyanın institutlarının birləşdirilməsi istiqamətində müəyyən addımlar atacağıq”
"YUNESCO-nun son rəyi təsdiq olunduqdan sonra onların tövsiyələrini nəzərə alaraq, akademiyanın institutlarının birləşdirilməsi istiqamətində müəyyən addımlar atacağıq" SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov açıqlamasında deyib. O bildirib ki, AMEA-nın institutlarının birləşdirilməsi ilə bağlı YUNESCO öz hesabat və tövsiyələrini hələ akademiyaya təqdim etməyib.

Akademiyada islahatların aparılması məsələsi ilə bağlı gələn həftə YUNESCO baş qərargahına səfər edəcəyini deyən AMEA prezdenti vurğulayıb ki, səfər çərçivəsində bununla bağlı sənədin imzalanması nəzərdə tutulur. M.Kərimovun sözlərinə görə, Yaponiya hökuməti YUNESCO-nun ekspertlərinin islahatların davam etdirilməsi ilə bağlı işlərini tamamlaması üçün qrant ayırıb. O qeyd edib ki, sənəd üç tərəf – Azərbaycan, YUNESCO və Yaponiya arasında imzalanacaq: "Bu məsələ ilə bağlı gələn ilin əvvəllərində YUNESCO ekspertlərinin Bakıya yenidən səfəri gözlənilir. Burada onlar son təhlillərini, tədqiqatlarının apararaq, son sənədi hazırlayacaq və Azərbaycana təqdim edəcəklər. Hansı istiqamət üzrə institutların birləşdiriləcəyi haqqında hələ heç bir məlumat verə bilmərəm. Biz ilkin təhlil aparmışıq, amma bununla bağlı mütləq qərar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə