Kriminal ünsür törətdiyi cinayətlərini etiraf edir
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir. SİA-ya daxil olan məlumata görə, artıq ona qarşı yeni vergi cinayətləri də irəli sürülüb.
Bu arada onu da xatırlatmaq olar ki, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib. Bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin necə deyərlər, “sandığı açaraq, pambıqları tökməkdən” başqa çarəsi qalmır. Düzdür, onun digər cinayətləri də var və onlar da bu ittihamların üzərinə əlavə edərsə, o həyatının çox hissəsini dəmir barmaqlıqlar arasında keçirməli olacaq.
“Quska”nın kuratoru Abbas Abbasovdur...
Misal üçün, artıq o da bəllidir ki, H.Abdullayev Avropadakı “söyüş müxalifəti”nin həm xaricdəki, həm də Azərbaycandakı “kurator”ları barədə məlumatlıdır və həmin kuratorlardan biri vaxtilə Rusiyada “Milyarderlər İttifaqı”nın aparıcı üzvlərindən olmuş, eləcə də radikal müxalifətin “Milli Şura”sının yaradılmasında canfəşanlıq etmiş Abbas Abbasovdur. Bu barədə Türkiyə mediasında da müəyyən faktlar yazılıb. Türkiyə polisinin apardığı araşdırmalardan sonra məlum olub ki, H.Abdullayevin əsasən Türkiyədə yaşayan A.Abbasovla əlaqələri var və de-şifrə edilməsi də oradan qaynaqlanır. Çünki onların bir neçə dəfə görüşdüyü ilə bağlı qardaş ölkənin hüquq-mühafizə orqanlarında tutarlı dəlillər var.
Artıq belə ehtimal etmək mümkündür ki, həmin dəlillər videolara və telefon danışıqlarına əsaslanır. A.Abbasovun Avropadakı “söyüş müxalifəti” qrupuna da məhz “Quska” ilə birgə sponsorluq etdiyi artıq dəqiqləşdirilib.
Digər tərəfdən, H.Abdullayevin həbsindən bir neçə gün əvvəl A.Abbasovun anidən Türkiyəni tərk edərək, Moskvaya getməsi də bu müəmmaları açığa çıxarmış olur. Belə desək, Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə əməliyyat hazırlıqlarında olarkən, artıq A.Abbasov qəfil ortadan yoxa çıxıb və bu amil də onun Azərbaycan əleyhinə fəaliyyətinin məntiqi təsdiqidir.
Hüseyn Abdullayev ortalıqda tək buraxılıb və o da qisasını alacaq
Həmçinin, “Quska”nın ortalıqda tək qalması təmsil olunduğu qrup üzvlərindən digərlərinin də ifşa olunmasına səbəb olacaq. O, ortalıqda tək qalmasını kimsəyə bağışlamayacağını, qisas alacağını etiraf etməkdədir. Məsələn, dövlətin ona etibar etdiyi postuna xilaf çıxaraq, qiyamçı səfir adını almış Arif Məmmədovun də qrup üzvü olduğu üzə çıxmaqdadır.
Beləliklə, faktlar üzə çıxdıqca, radikal müxalifətin Avropadakı dəllallarının da dAirələri daralmağa başlayır və bu dairənin yaxın zamanda tamamilə qapanacağı, günahkarların, dövlət xainlərinin isə cinayət məsuliyyətinə cəlb olunacaqları gün elə də uzaqda deyil.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB