Ermənistanda işçilər tətil edərək aksiyalara qoşulublar

Ermənistanda işçilər tətil edərək aksiyalara qoşulublar

Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.

SIA Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb. Onların Yerevana doğru getdikləri bildirilir.

Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram çıx get!”

Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillə Gürcüstandan Ermənistan ərazisinə daxil olmaq mümkün deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə