Ermənistanın iqtidar partiyasında vəziyyət dəyişdi: Serj Sarkisyan intiqam hazırlayır ANALİZ
Ermənistanda baş verənlərlə bağlı ölkə mətbuatı da müxtəlif mövqe ortaya qoymaqdadır. SİA erməni mətbuatında baş verənlərlə əlaqədar irəli sürülən fikirlərin bir neçəsini təqdim edir:
Belə ki, “Xalq” qəzetində yazılanlara görə, bu yaxınlarda Ermənistan Respublikaçılar Partiyasının üzvləri ilə görüş keçirən Serj Sarkisyan partiya liderinin dəyişdirilməsinin mümkünlüyü barədə bəyan edib. Sarkisyan partiya nümayəndələrinə bütün məsələlərdə Karen Karapetyana tabe olmağı tapşırıb.
“Lakin partiyada vəziyyət dəyişib. Belə ki Sarkisyan partiya sədri olaraq qalmaqdadır. Bununla yanaşı, Karen Karapetyanın növbəti dəfə Ermənistanı tərk etməsi və öz əvvəlki işi “Qazproma” qayıtması da istisna edilmir. Hazırkı dövrdə partiya nümayəndələri ilə Karen Karapetyan arasında fikir ayrılıqları daha da kəskinləşib. Bu münasibətlər onun Serj Sarkisyanın istefasından ilhamlanmasından sonra baş verib. Belə ki, Karen Karapetyan istefadan sonra istənilən yolla baş nazir vəzifəsində qalmaq üçün Ermənistandan kənarda dəstək axtarmağa çalışıb. Bu addım təbii ki, həm Sarkisyan, həm də partiya nümayəndələrinin xoşuna gəlmədiyi üçün nəticə münasibətlərin gərginləşməsinə gətirib çıxarıb”, - deyə qəzet yazıb.
“Meydan” qəzeti isə yazır ki, Ermənistanda mövcud “məxməri inqilab” məntiqi nəticəsinə çatdıqda mümkün nəticələr hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Artıq bir sıra erməni oliqarxları ailələrini təhlükəsiz yerlərə göndərməyə müvəffəq olublar.
Nəşrə görə, Samvel Aleksanyan qızı və həyat yoldaşını ABŞ-a göndərib: “Bir neçə həftədən sonra Aleksanyan baba olacaq. Ailə qızı Astxikin Ermənistanda uşaq dünyaya gətirməsinə qarşı çıxıb. Hələ bir neçə ay bundan öncədən qızlarının ABŞ-da uşaq dünyaya gətirilməsi və doğulan uşağın isə ABŞ vətəndaşı olmasını planlaşdırılmışdı. Lakin, Ermənistanda baş verən inqilabi hadisələr Aleksanyanı qızını bir neçə həftə əvvəl okeanın o biri tayına göndərməsinə səbəb olub”,- deyə qəzetdə qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB