Ali Məhkəmənin növbədənkənar Plenumunda 78 yeni hakim and içib

Ali Məhkəmənin növbədənkənar Plenumunda 78 yeni hakim and içib

Azərbaycan Ali Məhkəməsinin növbədənkənar Plenumu işə başlayıb. SİA-nın xəbərinə görə, Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov da iştirak edir. Plenumu açan Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkədə həyata keçirilən hüquq islahatlarından danışıb. Hüquq islahatları nəticəsində məhkəmələrin iş həcminin artdığını vurğulayan R. Rzayev məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi zərurətinin yarandığını deyib.

 

Plenumun gündəliyi elan olunduqdan sonra Azərbaycan Ali Məhkəməsində yeni fəaliyyətə başlayan 78 hakim Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun fəaliyyət göstərəcəklərinə and içiblər.

 

Plenumda, həmçinin həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına da baxılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə