“Ermənistandakı proseslər şahmat taxtası üzərindəki gedişlərindən asılı olacaq" ŞƏRH

“Ermənistandakı proseslər şahmat taxtası üzərindəki gedişlərindən asılı olacaq" ŞƏRH

“Bir neçə gün öncə elə buradanca paylaşım edərək söyləmişdim ki, Paşinyan siyasətdə diletantdır, baş nazirlik iddiasını bu qədər tələsik ortaya qoymaqla artıq özünü “yandırıb” və bundan sonrakı proseslər böyük güclərin şahmat taxtası üzərindəki gedişlərindən asılı olacaq. Proqnoz hələ ki özünü doğruldur”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Elşən Musayev öz “facebook” səhifəsində yazı paylaşıb.

Onun sözlərinə görə, hiyləgər Sarkisyan Paşinyanı küçədən binaya, pərakəndə formatdan qanun çərçivəsinə salaraq uduzdurdu: “Məsələni parlament səviyyəsinə gətirdi, dalğanı artistcə + “səmimi” etiraflar edərək yatırdı. Ardınca da seçki keçirdi. Fəqət, enində-sonunda yenə məqsədinə çatdı. Sir-sifətindən gül kələminə oxşayan Paşinyanın isə ağlına gəlmədi ki, əli yüz minlərin qanına batmış Sarkisyanın sentimentallığına güvənmək olmaz, bu bir oyundur, əsl tələ daha irəlidə qurulub.

Paşinyanın ən böyük səhvi Parlamenti buraxmaq əvəzinə bu tərkiblə baş nazir seçkisinin keçirilməsinə razılığı oldu. Kortəbii üslub budur: hədəfə gedilən yollar səhihcə ölçülüb biçilmir. Ambisiyalar isə bu qədər naşı formada bəlli edilincə, açığa çıxınca ip yarı yolda qırılır. Üstəlik, adam həm də əyani şəkildə sübut etdi ki, qoyun buynuz çıxarınca yenə qoyundur, səbatsız taktika uçurumu mütləq şərtləndirir və nəhayət: metodologiya düzgün deylsə inqilab eyforiyası bircə anın içində mənəvi aşınma mərhələsinə adlaya bilər.

Sarkisyanın Partiyası Paşinyanın qarşısına seçkidə alternativ belə çıxarmadı, onu divara tək qısnadı və bu müxalif romantikin ilkin solo-məğlubiyyətini beləcə reallaşdırdı. İndi isə namizədini növbəti seçkidə (üzümüzə gələn həftə olmalıdır) rahat-rahat irəli sürə bilər. O da nəticəsiz olsa Prezident növbədənkənar seçki elan etməlidir. Prezident kimdir? – Sarkisyanın yumurta əkizi, famildaşı, əziz bacısı. Əlqərəz, medalın o biri üzü. Yəni, fərq - “rulet”in bu dəfə sağdan yox, soldan fırlanması olacaq. Vəssalam. İnqilabi proseslərdə zaman qızıl qıymətindədir. Kim o zamanla manevr etməyi bacarırsa, qalib odur. Növbəti mərhələdə bu iki şərəfsizdən hansının daha önə keçməsi isə artıq başqa yerlərdə və başqa lövhələrdə cızılan trayektoriyalardan asılıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə