Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

Dünən Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə