Ermənistan parlamentində hakim Respublika Partiyasından olan millət vəkili Qriqor Avalyan deputat mandatından imtina edib. Axar.az xəbər verir ki, faktı parlamentin spikeri Ara Babloyan təsdiqləyib. O bildirib ki, deputat bir həftə müddətində mandatdan imtina etməsi qərarını dəyişə bilər. Əgər dəyişməsə, onda onun deputat fəaliyyətinə xitam veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB