Araz Əlizadə: "Arif və Ramiz Yunus qardaşlarının anaları ermənidir" MÜSAHİBƏ

Araz Əlizadə: "Arif və Ramiz Yunus qardaşlarının anaları ermənidir" MÜSAHİBƏ

"Bəli, onları adam deyil, it hesab edirəm"

Müsahibimiz Azərbaycan Sosial Demokratik partiyasının sədri, millət vəkili Araz Əlizadədir

- Araz bəy, Leyla Yunusla yanaşı son vaxtlar onun yaxınları, o cümlədən, Ramiz Yunus Azərbaycan dövlətinə və xalqına qarşı qarayaxma kampaniyasını geniş formada həyata keçirirlər. Nəyə görə, bunlar bu ölkəyə və dövlətə düşmən kəsiliblər?

- Əlbəttə ki, düşmən kəsiləcəklər. Çünki onlar belə tərbiyə alıblar. Ramiz Yunus Xalq Cəbhəsinin qurulmasında və Milli Azadlıq Hərəkatında iştirak etməyib. Sadəcə, Leyla Yunusun həyat yoldaşı olan Arif Yunusun qardaşıdır. O zamanları hakimiyyətə gələn Xalq Cəbhəsi L.Yunusun vasitəçiliyi ilə, R.Yunusu parlamentin işlər müdiri təyin etdi. Cəbhəçilərin yarıtmaz hakimiyyətinə son qoyulduqdan sonra, R.Yunus L.Yunusun təlimatı əsasında ölkədən qaçdı. O zamandan ABŞ-da yaşayır, oranın vətəndaşıdır. İndi bu şəxsin Azərbaycandan nə istədiyini bilmirəm. Əgər gözləyirsə ki, onu təzədən gətirib, Milli Məclisin işlər müdiri təyin edəcəklər, yanlışlığa yol verir, səhv düşünür. Bu ölkədə, xəyanət yolu tutanlara etimad göstərilə bilməz.

- Belə bir məlumat yayılmışdı ki, Leyla Yunusun ermənilərlə yaxınlığı var, qohumluq əlaqələri mövcudur?

- Arif və Ramiz Yunus qardaşlarının anaları ermənidir. Onların özləri də, bunu heç vaxt inkar etməyiblər. AXC hakimiyyətə gəlməmişdən öncə, qurumun daxilindəki bir-birini sıradan çıxartmağa çalışan qruplaşmalar buna görə L.Yunusa qarşı böyük kampaniya aparırdı. Yəni bununla L.Yunusu vurmağa çalışırdılar. Amma özləri hakimiyyətə gələndən sonra Leyla oldu Müdafiə Nazirliyinin Analtik İnformasiya Mərkəzinin rəhbəri polkovnik Yunusova, Ramiz Yunus isə Milli Məclisin işlər müdiri.

- Yunusların Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsinin arxasındakı erməni qohumlarının təlimatı ola bilərmi?

- Ehtimal etmək olar, amma mən bu barədə dəqiq nəsə deyə bilmərəm. Ancaq onu birmənalı şəkildə deyə bilərəm ki, nalayiq insanın layiq olmadığı bir vəzifəyə təyin edəndə və həmin insan oranı itirəndə sonra aqresivvləşir. Hər vəchlə çalışır ki, yamanlıq etsin. Yunuslarda yağlı tikələrini itirdiklərindən, Azərbaycana qarşı düşmən mövqe sərgiləyirlər.

- Yəni bunlar Azərbaycandan qisas alırlar?

- Yunuslar heç kim idilər, tanıyan, haqlarında məlumata malik olanda yox idi. AXC hakimiyyəti zamanı birdən-birə əllərinə hakimiyyət düşdü. Başladılar mövqe və bir az pul qazanmağa. Onlara yağlı tikələrini itirmək ağır gəlir.

- Yunusların, eləcə də, Avropadakı "söyüş qrupu"nun Azərbaycana qarşı söylədiklər təhqirlər, söyüşlər eynidir. Bu baxımdan, demək olarmı, bunlar eyni mərkəzdən idarə olunurlar?

- Seçki kampaniyasında da bu sualı verdim ki, "Azərbaycanda bu qədər işsiz prokuror işçisi ola-ola Vidadi İskəndərlini Xarkovdan Bakı şəhər prokurorluğuna gətirməyin mənası nə idi? Tapmaq lazımdır ki, kim gətirib, niyə gətirib?" Amma cavab ala bilmədim. V.İsgəndərlinin qardaşı İ.İsgəndərov AXC hakimiyyəti dövründə Ləl Cəvahirat Fondunun direktoru olub. Yəqin ki, İ.İskəndərovun dəstəyi və köməyi ilə, təmənnasız olaraq V.İsgəndərlini Xarkovdan keçirdiblər Bakıya. Bununla belə, tam araşdırmaya ehtiyac var.

- Artıq "söyüş qrupu"nun üzvlərindən olan Hüseyn Abdullayev həbs edilərək, Azərbaycana gətirilib. Digərlərinin də, eyni aqibəti yaşayacaqlarını demək olarmı?

- Azərbaycan qanunvericiliyinə görə, onların etdikləri əməllər cinayət məsuliyyəti yaradır. Qanun tam imkan verir ki, o şəxslər həbs olunaraq, məhkəmə qarşısına çıxarılsınlar. Amma bu artıq hüquq-mühafizə orqanlarının işidir. Söyüşə qalsa ən çox sosial şəbəkələrdə söyülən mənəm. Amma mənim bir misalım var ki, "it hürər karvan keçər".

- Belə çıxır ki, sosial şəbəkələrdə söyüş söyən şəxsləri siz it- küçük hesab edirsiniz?

- Bəli, onları adam deyil, it hesab edirəm.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə