Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar ölkəmizin hər bir yerində olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı da silsilə tədbirlər həyata keçirməkdədir. Rayon təşkilatından “Səs” qəzetinə verilən məlumata görə, bu tədbirlərdə YAP Pirallahı rayon təşkilatının fəalları ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri də aktiv iştirak edirlər.
YAP Pirallahı rayon təşkilatının tədbirlər planına əsasən, növbəti tədbir 186 nömrəli məktəbin birgə təşkilatçılığı ilə həyata keçirilib. Belə ki, partiyanın Pirallahı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı Heydər Əliyev Mərkəzində ekskursiyada olub. Ekskursiya çərçivəsində iştirakçılara mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə, Azərbaycan xalçaçılıq məktəbini əks etdirən xalçalardan və milli geyimlərdən ibarət sərgilərlə tanış olublar.
Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratlarla qayıdan şagirdlər Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında və Heydər Əliyev mərkəzində xatirə şəkilləri çəkdiriblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB