AŞPA-nın ikibaşlı oyunu

Bir müddətdir Azərbaycan mediası Avropa Şurası Parlament Asambleyasında (AŞPA) Azərbaycana qarşı irəli sürülən ağlasığmaz ittihamlarla çalxalanır. Demək olar ki, bütün media qurumlarının diqqəti məhz bu məsələyə yönəlib. Özlərini müxalifət adlandıran bəzi ünsürlərdə isə əməllicə toy-bayramdır. Qoyma haray AŞPA da “təsdiqlədi” ki, Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur, hakimiyyət isə avropalı parlamentarilərlə “susmaq” üçün hətta fahişəli qonaqlıq da təkilif edib. Bu qədər absurt və iyrənc ssenari elə avropada düşünülə bilərdi.

Gəlin məsələyə məntiqlə yanaşaq. Azərbaycan 20-ilə yaxındır AŞPA da təmsil olunur. Düzdür, müstəqilliyimizin ilk illərində sözügedən təşkilat Bakıya loyal yanaşıb. O, da sevdiyindən deyil haaa, SSSR-nin parçalanmasından doğan “diqqət” olub. Necə də olmasa azərbaycanlılar öz azadlığını küçələrə axışaraq, əli silahsız sovet ordusnun qarşısında dayanan tək-tük xalqlardandır. Sonarı isə bəllidir. Azəraycan sözün hər mənasında müstəqil oldu və avropalılara çatdı ki, Azərbaycan nə Avropanın, nə Rusiyanın nə də ki, Qərbin əl altısına çevrilməyəcək. Azəraycan dövləti ancaq bir siyasi xətt yürüdür. O, da beynalxalq aləm də yalnız Azərbaycanın maraqlarının qorunmasıdır.

AŞPA da yığılıb qalan kin-kudrətin də əsas səbəbi məhz ölkəmizin müstəqil siyasət aparmasıdır. Dedim axı Azərbaycan illərdir bu quruma üzvdür. Və, bu illər ərzində avropasayağı demokratiyanın necə “təşkil olunduğunu” yaxşı dərk edib. Bu gün AŞPA hansı insan hüquqlarının qorunub saxlamnılması ilə öyünə bilər. Azərbaycan cəmiyyəti bu qurumun bizim vətəndaşların hüquq və azadlıqlarını qoruduğunun şahidi olmayıb. Lap Səməd Seyidovun tədbirincə desək, Xocalıda soyqrım törədən Sarkisyan kimi bir cani AŞPA da demokrat kimi təqdim olunur, alqışlanır. Ancaq ondan bu qətlimanın hesabını çəkən bir avropalı parlamentari tapılmır. Bir milyondan artıq insanı dədə-baba torpağından zorla didərgin salaraq azərbaycanlıların hüquqlarını göz görə-görə tapdalayan cinayətkara AŞPA demokrat libası geyindirilir. Millətimiz üçün təhqirdə olsa bu avropasayaq siyasətdir və bu AŞPA-dır. Belə olmur “cənablar”. Bakıda kor, kar diplomatlar əyləşməyib. Yoxsa elə düşünürsüz ki, müxtəlif yollara əl atmaqla avropaya qaçaraq oradan ermənisayaq fikirlər səsləndirən 2-3 özünü bilməzdən ibarətdir Azərbaycan vətəndaşı?

İndi keçək fahişə söhbətinə: Açığı AŞPA-da təmsil olunan bəzi avro-parlamentarilərin bu cür iyrənc həmlə edəcəyinə təcüblənməyin yeri yoxdu. Axı AŞPA cinsi azlıqları virus kimi digər ölkələrə sırıyan, hətta buna hüquqi qiymət verən təşkilatdır. (red- yeri gəlmişkən içimizdə özlərini müxalifət adlandıran və avropaya xoş gəlmək üçün cinsini hər an dəyişməyə hazır olan ünsürlərimizə də az deyil.) Fahişəliyi isə əməllicə leqallaşdırıb, fahişələrdən vergi yığılması təklifi də məhz AŞPA-da təmsil olunan parlamentarilərdən gəlib.

Qısası biz AŞPA-nı da, Avropanı da yaxşı tanımışıq. Məqsəd küt və məntiqin qəbul etmədiyi yolla Azərbaycanın müstəqil siyasət aparmasının qarşısını almaqdırsa bu baş verməyəcək. Biz minlərlə şəhid vermədik ki, avropalının, amerikalının və ya sarıqulaq rusun diqtəsi ilə oturaq.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə