Paşinyan: "Biz Rusiyanı strateji müttəfiq sayırıq"

Paşinyan: "Biz Rusiyanı strateji müttəfiq sayırıq"

"Rusiya və Ermənistan strateji müttəfiq olaraq qalacaq". SİA-nın verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin xüsusi iclasında çıxış edən “Yelk” (Çıxış) fraksiyasının baş nazir vəzifəsinə namizədi Nikol Paşinyan bildirib.

O bildirib ki, əgər baş nazir seçilsə Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq: “Biz Rusiyanı strateji müttəfiq sayırıq və bizim hərəkatımız buna təhlükə yaratmır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə