Ermənistan Milli Məclisinin xüsusi iclasında ölkədə yeni baş nazirin təyinatı ilə bağlı məsələ müzakirə olunur. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, ölkədə bu vəzifəyə yeganə namizəd müxalifətin lideri, "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyandır.
Ancaq "Çıxış" blokunun qalib gəlməsi üçün zəruri olan 53 millət vəkili yerinə, onları dəstəkləyən 47 deputat var.
Qeyd edək ki, Milli Məclisdə 58 kürsünü hələ də hakim Respublikaçı Ermənistan Partiyası tutur.
Xatırladaq ki, Baş nazir Milli Məclis deputatların ümumi sayının çoxluğu ilə seçiləcək və seçiləcək şəxsin adı açıq şəkildə açıqlanacaq. Əgər səsvermə bu gün alınmasa, o zaman Milli Məclis 7 gündən sonra ikinci cəhdini edəcək. Əgər ikinci cəhd də uğursuz olsa, o zaman prezident parlamenti ləğv etməli və 35-40 gün müddətində erkən seçkilərə hazırlıq prosesi başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB