Milli Məclis bir neçə qanuna təklif olunan dəyişiklikləri təsdiqlədi
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişiklik edilib. SİA-nın xəbərinə görə, iclasda Cinayət, Əmək, Miqrasiya məcəllələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Yol hərəkəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında" və "Müdafiə haqqında" qanunlara təklif olunan dəyişikliklər ayrılıqda səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, nəzərdə tutulan dəyişikliklər hərbi vəziyyət və fövqəladə hallar zamanı qoyulan məhdudiyyətlərlə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB