"Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində fəaliyyət göstərəcək". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
M.Qurbanlı bu il İlahiyyat İnstitutuna qəbul keçiriləcəyini bildirib: "İnstituta 60 nəfər qəbul olunacaq. Hələlik İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Sonra isə instituta ayrıca yer verilməsi və yaxud ayrıca bir kampus tikilməsi məsələsi həll olunacaq".
Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB