“Bunu deyən erməni siyasətçi karyerasına son qoyacaq” MÖVQE

“Bunu deyən erməni siyasətçi karyerasına son qoyacaq” MÖVQE

“Qarabağ məsələsində Nikol Paşinyan da Serj Sarkisyanın dediyini təkrarlayır ki?” və ya “Paşiyanın Sarkisyandan Qarabağ məsələsində heç bir fərqi olmadı ki?” sual edənlərin sayı artıb. Nə gözləyirdiniz? Paşinyan durub deməyəcəkdi ki, “Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır, işğal altındakı torpaqları boşaltmalıyıq”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, təəssüf ki, bunu Ermənistanda deyəcək siyasətçi yoxdur, düşünənlər var, ancaq dilə gətirənlər yoxdur: “Çünki bunu deyən erməni siyasətçi karyerasına son qoyacaq. Bu Ermənistan reallığıdır. Ona görə də Paşinyan yaxın müddətdə Dağlıq Qarabağ məsələsində radikal addım atmayacaq. Ancaq bir var Paşinyanın dedikləri, biri də var onun əməlləri. Biz gələcək baş nazirin indiki sözlərinə yox, gələcək əməllərinə diqqət etməli olacaq və buna uyğun addımlarımızı atacağıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə