"Müəllimlər üçün ixtisasartırma, yenidən hazırlanma, əlavə təhsilalma və staj keçmə hələ də problem olaraq qalır" - MÜNASİBƏT
"Hər bir insan bütün ömrü boyu öyrənməyə möhtacdır. Heç birimiz deyə bilmərik ki, bizim əlavə bilik və ya təhsil almağa, məlumat toplamağa ehtiyacımız yoxdur. Buna bizim hamımızın ehtiyacı var, amma baxır kimə və nə qədər". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, biz bununla bağlı yeni "Təhsil Haqqında" qanuna uyğun olaraq əlavə təhsillə bağlı sənəd hazırlamışıq və sənəd bu yaxınlarda hökumət tərəfindən təsdiq olunub. Hazırda bu sənədi icra etməklə məşğul olduqlarını deyən nazir vurğulayıb ki, bu sənəd Azərbaycanın ümumtəhsil məktəblərində, uşaq bağçalarında çalışan müəllimlərin müasir tələblər baxımından ixtisasın hazırlanması, ixtisasın dəyişməsi, təkminləşməsi və digərləri ilə bağlıdır: "Bunun hər biri üçün ayrıca proqram var. Eyni zamanda, peşə məktəbi, ali məktəb və kolleclərin müəllimləri üçün ixtisasartırma, yenidən hazırlama, əlavə təhsilalma, staj keçmə və digərləri hələ də problem olaraq qalır. Soruşa bilərsiniz ki, bu yox idimi? Əlbəttə var idi. Ancaq əslində mövcud mexanizm işləmir. İndi düşünürük ki, bu sahə üçün elə bir mexanizm hazırlayaq ki, işlək olsun. Bu baxımdam dünya, beynəlxalq təcrübəni eyni zamanda, MDB təcrübəsini öyrənmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB