“Cari il prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnının keçirilməsi ilə bağlı TQDK-ya müraciət daxil olmayıb” - AÇIQLAMA
Prokurorluq orqanlarında vakant yerlər olduqca onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edir və komissiya da prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirir. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, müsabiqənin birinci mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarıdır.
"Prokurorluq orqanları vakant yerlər olduğu halda bununla bağlı komissiyaya müraciət edir və TQDK tərəfindən də test imtahanları təşkil olunur. Hələki cari il üçün belə bir müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı bir müraciət yoxdur və bu müraciətin nə vaxt olacağına dair dəqiq məlumatı prokurorluq orqanları bilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB