Fuad Muradov: "Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq"

Fuad Muradov: "Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq"

Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradov və təşkilatın kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, ulu öndərin xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə tər güllər düzülüb. Görkəmli oftalmoloq alim Zərifə xanın Əliyevanın məzarı da ziyarət edilib.

Sonra Milli qəhrəman Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarları ziyarət edilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Jurnalistlərə açıqlamasında ARGTMŞ-ın sədri Fuad Muradov bildirib ki, Mübariz İbrahimov öz əməli ilə bir daha sübut etdi ki, Azərbaycan xalqı istənilən an düşmən üzərində qələbə qazana bilər. "Amma biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Diplomatik sahədə qazanılan uğurlar bir daha sübut edir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcəkdir".

Mübariz İbrahimovdan sonra Fərid Əhmədov və Əhməd Abdullayevin də şücaət göstərərək şəhid olduğunu diqqətə çatdıran Fuad Muradov qeyd edib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə