Humboldt-Berlin Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyətə başlayıb
2010-cu ilin oktyabr ayından etibarən Almaniyanın qabaqcıl universitetlərindən biri olan Humboldt-Berlin Universitetində "Azərbaycan tarixi" kafedrası fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə sözügedən kafedranın açılmasına dair razılaşma keçən ilin dekabrın 3-də Humboldt-Berlin Universitetinin sabiq rektoru Prof. Dr. Xristof Markşies və Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov arasında imzalanıb.
Cari ilin iyun ayının 8-də Humboldt-Berlin Universitetində fəaliyyətə başlayacaq "Azərbaycan tarixi" kafedrasının rəhbərliyinin seçilməsi məqsədi ilə həmin universitet tərəfindən yaradılmış komissiyanın yekun toplantısı keçirilmiş və kafedra müdiri vəzifəsinə Azərbaycan üzrə Almaniyda tanınmış mütəxəssis, ölkəmizin elmi mühitinə yaxşı bələd olan və elm-təhsil müssisələri ilə sıx əməkdaşlıq edən professor Eva-Mariya Auxun namizədliyi dəstəklənib.
Sözügedən kafedranın açılmasının əsas məqsədi Azərbaycan tarixinin tədqiqi, tədrisi, ölkəmizin tarixinə dair araşdırma və digər məsələlərdə Azərbaycanın müvafiq elmi qurumları ilə əməkdaşlıqdan, elmi tədbirlərin keçirilməsi, Azərbaycan tarixi ilə bağlı elmi-tədqiqat işlərinə, o cümlədən diplom işlərinə və dissertasiyalara elmi rəhbərlik, qarşılıqlı olaraq tələbə, elmi işçilərin və müəllimlərin mübadiləsi, Azərbaycanın müvafiq elmi-tədqiqat qurumları ilə birgə elmi tədqiqatların aparılması, elmi nəşrlərin həyata keçirilməsi, Azərbaycan tarixinə dair kitabxananın yaradılması və sairdən ibarətdir.
Bu münasibətlə Azərbaycan dövləti Humboldt-Berlin Universiteti ilə əməkdaşlıq çərçivəsində noyabr ayının 29-dan dekabrın 2-nə kimi sözügedən universitetdə "Azərbaycanın Elm və Mədəniyyət həftəsi"ni keçirməyi planlaşdırır.
Tədbirlər çərçivəsinə Azərbaycanla bağlı elmi fəaliyyət göstərərən məşhur avropalı alimlərin toplaşdığı beynəlxalq elmi konfransın, gənclər forumunun, çoxsaylı mədəni tədbirlərin, konsertlərin və sərgilərin keçirilməsi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB